DADA GƏTİRMƏK
DADI DAMAĞINDA QALMAQ
OBASTAN VİKİ
"DAM"da bir gün (film, 1976)
Bir gün (film, 1937)
Bir gün qısametrajlı sənədli filmi rejissor İvan Manakov tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Kinooçerk İliç buxtasında mədən kollektivinin yeni üsulla 14 saat ərzində taxtadan buruq qurması haqqındadır. == Məzmun == Kinooçerk İliç buxtasında mədən kollektivinin yeni üsulla 14 saat ərzində taxtadan buruq qurması haqqındadır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bu da bir həyatdı
"Bu da bir həyatdı" – Hamlet İsaxanlı nın 2004-cü ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər kitabı. Redaktoru – Camal Mustafayev. == Fəlsəfi şeirlər == Kitaba daxil olan "Fikir yükü", "Bu da bir həyatdı", "Ömrün harasındayıq", "Kim kimi yaratdı?", "Qismət", "Ölümə nə var ki?!", "Dalğalarla yan-yana", "Get-gedə", "Arasında", "Ot kökü üstə bitər", "Yollar" və digər şeirlər insanı düşündürən, onu narahat edən fəlsəfi və psixoloji problemlərə aiddir. Bu şeirlərə xas olan bədii tapıntılar, orijinal müşahidələr və incə lirizm şairin digər kitablarında olduğu kimi oxucunu cəlb edir. "Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir" (Camal Mustafayev, kitabın supercildinin iç səhifəsindən) Şair həyatını, varlığını, xoşbəxtliyini düşüncə gücü ilə bağlayır, "fikir yüklü sənətkar"lıqla eyniləşdirir. İnsanı ən çox düşündürən, qəmə qərq edən ömrün hansı məqamında olması, ona nə qədər həyat bəxş olunduğu, arzuların həyata keçməsi üçün omür yetəcəkmi sualları deyilmi? "Bilirik ki uşaq deyilik daha", "Bilirik ki gənclik arxada qaldı" Fəqət insan güclüdür, həyatın mənasını dərk edir, təslim olmur, baş əymir, üzü sabaha doğru hərəkət edir.
Gün
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Aşağı Ağcakənddə bir gün (film)
Aşağı Ağcakənddə bir gün qısametrajlı sənədli televiziya filmi Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Xocalı köçkünlərinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin bir günündən bəhs edir. == Məzmun == Film Xocalı köçkünlərinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin bir günündən bəhs edir.
Bir gün olmasam... (film, 2012)
== Məzmun == Filmdə Azərbaycan Televiziyasının tanınmış rejissoru Tariyel Vəliyevin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Film "Zirvə" və "Müəllim, dost, ata" adlı iki hissədən ibarətdir.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Gün keçdi
Gün keçdi — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Gün xan
Gün Xan - türk və altay mifologiyasında günəş xaqanı. Kün (Kön) Xan olaraq da bilinir. Oğuz xanın səmavi olan ikinci yoldaşından doğulan oğludur. Yer üzünün həyat qaynağı olan işıqları səbəbiylə Günəşə duyulan heyranlığın mifolojik dışavurumudur. Gün xanın onqonu Laçın (Şahin) kuşudur. Maviyə çalan bir rəngi vardır. Digər quşları ovlamaqda istifadə edilər. Gün Xan qızıl bir otağ (çadır) qurdurur. Sağ tərəfinə qırx qulac yüksəkliyindən bir dirək tikdirir. Üzərinə də qızıl bir toyuq qoydurur.
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. == Həyatı == Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) == Həyatı == Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.Prezident təqaüdçüsü olmuşdur.23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir.Millət vəkili Jalə Əliyevanın anasıdır. == Yaradıcılığı == Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlmişdir.Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etmişdir.Şairə Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilmişdir.2010-cu ildə Xalq artisti Aygün Kazımova Aygün Səmədzadənin Nurəngiz Günün sözlərinə bəstələdiyi "Yol gedirəm" mahnısını ifa etmişdir. === Kitabları === "Ağ qanadlar", 1986 "Günəşə dua", 1990 "Tanrı bəşər övladıdır", "Yol gedirəm", "Xocalı simfoniyası" == Filmoqrafiya == Var olun, qızlar...
Yüz gün
Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü. == Adaya gəliş == Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba . Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər . == Adada keçirdiyi dövr == Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Bir az da Bahar bayramı (film, 1979)
Bir az da Bahar bayramı — qısametrajlı bədii televiziya filmi. Rejissor Nazim Abbas tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə idman müəllimi Məmmədəlinin acı taleyindən söhbət açılır. Əsas rolları Tofiq Mirzəyev, Sona Aslanova, Adil İsmayılov və Çingiz Əhmədov ifa edirlər. == Məzmun == Filmdə idman müəllimi Məmmədəlinin (Tofiq Mirzəyev) acı taleyindən söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
O (dəqiqləşdirmə)
O — Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf. O həmçinin bu mənaları da verə bilər: == Filmlər == O (film, 1990) — 1990-cı ildə qorxu janrında çəkilən ABŞ filmi. O (film, 2013) — 2013-cü ildə romantik dram və elmi fantastika janrında çəkilən ABŞ filmi.
O (roman)
O — Amerika yazıçısı Stiven Kinqin 1986-cı ildə yazdığı qorxu romanıdır . Bu , onun 22-ci kitabı və öz adı ilə yazdığı 17-ci romanı idi. Hekayə qurbanlarının qorxusundan istifadə edərək ovunu ovlayarkən özünü maskalamaq üçün istifadə edən şər varlıq tərəfindən terrora məruz qalan yeddi uşağın nə edəcəyindən bəhs edir. == Məzmun == Maine ştatının Derri şəhərində yağış fırtınası zamanı Georgie Denbrough adlı altı yaşlı uşaq yağışlı küçədə üzən kağız qayığının arxası ilə qaçır və qayıqı yağış suyu kanalizasiyaya aparır. Kanalizasiyaya baxan Georgie orada Rəqs edən özünü Pennywise kimi təqdim edən bir təlxəklə qarşılaşır.Georgie, Pennywise tərəfindən aldadılır və təlxək onun qolunu qoparır və onu öldürür. Bu hadisədən sonra Georgienin qardaşı və dostları onun axtarışına çıxırlar.
-охонек босто́новый вы́дача коммедо́ны органи́чность поосмотре́ться постёгивать фу́говый городско́й диагра́ммный драмати́чно иго́лочный импульси́вность материалове́дение неопределя́емый прогну́ть ука́тывать ascendency flight deck Indian light parliamentarian rigodon salsuginous textuality чушка